Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli fəalalra qarşı represiya siyasəti artmaq1adır.

Dünən Ərdəbil şəhərindən olan Pərviz Siyabi irqçi fars rejimin məmurları tərəfindən yaxalnıb.

Fəaslın hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat yoxdur.

Azərbaycanlı fəalın iyulun 24-də keçirilən əl-Əhvaz etirazlarına dəstəklə bağlı yaxalanması ehtimal edilir.

Qeyd edək ki, Pərviz Siyabi bundan öncə 2020-ci il oktyabrın 18-də Qarabağın azadlığı uğrunda aparılan hərbi əməliyyatlar zamanı İranın Ermənistana hərbi yardım etməsinə etiraz olaraq Ərdəbiln Ciral parkında keçirilən aksiyada iştirak etdiyinə görə həbs olunmuşdu.

Fəal daha sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …