Azərbaycanlı hüquqşünas alpinist Qırqızıstan dağınlarında həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan İngiltərədə yaşayan azərbaycanlı alpinist və hüquqşünas Mehri Cəfəri avqustun 4-də Qırğızıstan dağlarında itkin düşərək həyatını itirib.

Mehri Cəfəri tək başına Qırğızıstandakı 7439 metrlik Yengiş zirvəsinə (Jengish) qalxmaq istəyirmiş. O, təminənn 10 il əvvəl tək başına 7010 metrlik Xan-Tenqri zirvəsinə qalxmışdı.

Alpinisti tapmaq üçün bölgədə xilasetmə fəaliyyətləri davam etdirilib. Lakin Tanrı dağlarında alpinistin həyatını itirdiyi bildirilir.

Mehri Cəfəri son 5 il ərzində insan haqları və gender bərabərliyi sahəsində fəaliyyət göstərib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …