Şənbə , Sentyabr 26 2026
azfa

Təbrizdə Türkay adına şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı körpəyə Türkay adına 8 ay mübarizədən sonra şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu.

Bu barədə tanınmış təbrizli vəkil Sina Yusifi məlumat yayıb.

Sina Yusifi bildirib ki, Türkayın valideynləri Cavid və Puran xanımın şikayəti əsasında Təbriz məhkəməsinin şöbələrindən birində bu işə baxılıb.

5 ay davam edən məgkəmə prosesindən sonra, məhkəmə həmin ada şəxsiyyət vəsiqəsi verməyə qərar çıxarıb. Nəticədə İranın Vətəndaş Bəziyyətlərinin Qeydiyyat İdarəsi Türkay adına şəxsiyyət vəsiqəsi məcbur olub.

Qeyd edək ki, İran rejimi Azərbaycan türk millətini bir millət kimi məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad oymağı qadağan edib.

Həmçinin yoxlayın

Avstraliya Azərbaycan Assosiasiyası 27 sentyabr anım günü ilə bağlı bəyanat yayıb- Şəkil

GADTB: vstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …