Çərşənbə , Sentyabr 23 2026
azfa

İbrahim Rəisi Nikol Paşinyanı yenidən Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, İranın qatil prezidenti İbrahim Rəisi Nikol Paşinyanı yenidən Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

O həmçinin İran ilə Ermənistan arasında sıx dostluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, qarşıdakı illərdə yeni əməkdaşlıqlar edə biləcəklərini bildirib.

İranın Prezident Administrasiyasından verilən məlumata görə, təbrik məktubunda deyilir: “Cənab Nikol Pasinyan, xahiş edirəm Ermənistanın yeni baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz. Şübhəsiz ki, qlobal və regional proseslərin və vəziyyətin sürətlə dəyişməsi bölgədə sülh və sabitliyin yaranması, habelə çoxtərəfli əlaqələrin genişlənməsi və eləcə də nəqliyyat və enerji sahələrində iqtisadi əlaqələrin möhkəmlənməsi məqsədilə ölkələrimiz arasında səmimi və intensiv danışıqların əhəmiyyətini ikiqat artırıb”.

Qeyd edək ki, İran hökuməti 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Xocalı soyqırımını törədən, minlərlə günahsız azərbaycanlını qanına qəltan edən və 1 milyondan çox vətəndaşı öz yurdundan didərgin salan işğalçı Ermənistanla iqtisadi, siyasi, hərbi, mədəni və turizm əlaqələrini günü gündən daha da genişləndirir.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …