Şənbə , Sentyabr 12 2026
azfa

İranın iş elanları saytı Qarabağı Ermənistan ərazisi kimi təqdim edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda iş elanları saytı Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərinə işçi qəbulu ilə bağlı dərc etdiyi elanda Ermənistan ərazisi kimi təqdim edib.

Elanda Ermənistanın Qarabağ bölgəsində aparılan tikinti işləri ilə bağlı bir neçə bacarıqlı və yarıpeşəkar armator ustasının tələb olunduğu bildirilir. Bütün xərclərin şirkət tərəfindən qarşılandığı, işçilərin münasibi əmək haqqı və müavinətlərlə təmin ediləcəyi qeyd edilib. Bütün sanitariya-gigiyena qaydalarına əməl ediləcəyi yazılıb.

Qeyd edək ki, beləliklə İranın bir daha Azərbaycanın ərazi bütövlüyünə qəsd etdiyi və Azərbaycanın icazəsi olmadan Qarabağa işçi cəlb etmə cəhdləri açıq şəkildə ifşa olunub.

Həmçinin yoxlayın

İraq İranla bir neçə sərhəd-keçid məntəqəsini bağlayıb, bu ölkəyə uçuşları dayandırıb

GADTB: IraqiNews xəbər verib ki, İraq hökuməti ölkə ərazisindən Səudiyyə Ərəbistanına həyata keçirilən dron hücumundan …

Çinin peyk görüntüləri İran İslam Respublikasının İordaniyadakı ölümcül hücumuna kömək edib

GADTB: “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, İran İslam Respublikası İordaniyada …