Cümə axşamı , Aprel 30 2026
azfa

İranın Xankəndidə erməni işğalçılarına yardımı davam edir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ermənilərə müharibə dövründə olduğu kimi davam edir. Avqustun 11-dən sentyabrın 10-na qədər İrandan Xankəndiyə müxtəlif təyinatlı 58 yük maşını gəlib, onlardan 55-i sonradan geri qayıdıb.

Bu barədə məlumat və görüntünü Caliber.az saytı yayıb.

İran yük maşınları sərhədi keçən zaman saxtakarlıqlara da yol verir. Onlar Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan zaman maşına erməni nömrələri bağlayır və bununla da yük avtomobillərinin əsl sayını gizlətməyə çalışırlar.

Qeyd edək ki, 11 iyuldan 8 avqusta qədər İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Xankəndiyə 70 həyata keçirmişdilər. Bununla bağlı mediada faktlar və videolar yayıldıqdan sonra Azərbaycan XİN İran səfirini dəvət edərək, etirazını çatdırmış, İran səfiri Seyid Abbas Musəvi isə bununla bağlı araşdırılma aparılıb, tədbir görüləcəyini bildirmişdi.

Heç bir tədbirin görülməməsi isə İran maşınlarının Qarabağa qanunsuz gəlişi və yanacaq və müxtəlif təyinatlı gizli nələrsə daşımasının arxasında Tehranın dayandığını təsdiqləyir.

Həmçinin yoxlayın

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …

ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir

GADTB: “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin …