Şənbə , Sentyabr 5 2026
azfa

Azərbaycanlı müğənni Yaqub Zurufçu dəfn edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Əməkdar artist son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) yola salınır.

Vida mərasimində sənətçinin ailə üzvləri, sənət yoldaşları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl koronavirusa yoluxan Əməkdar artist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş və süni nəfəs aparatına qoşulmuşdu. O, dünən vəfat edib.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdə sosial şəbəkələrdə görüntülərin yayılmasından sonra moda və geyim proqramını təşkil edən qurum İrşada çağırıb

GADTB: Təbrizdə “Nehzət” Mədəniyyət və İncəsənət Kompleksində keçirilən moda və geyim proqramlarının təşkili ilə bağlı …

ABŞ İranla bağlı Türkiyədə üç qurumu hədəfə aldı

ABŞ Maliyyə Nazirliyi ötən gün İranla bağlı yeni sanksiyalar tətbiq edib və bu çərçivədə Türkiyədə …