
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəallar sentyabrın 26-da azərbaycanlı milli fəal Ruzbeh Pirinin plakatını yayaraq, milli fəalın hökumət qüvvələri tərəfindən döyülməsinə etiraz edib, ona azadlıq tələb ediblər.
Azərbaycanlı fəalların yaydığı plakatlarda “Biz Ruzbeh Piriyik”, “Azərbaycan öz övladlarının təhqir edilməsinə dözmür”, “Ruzbeh Piriyə # azadlıq” və “Azadlıq tələbi cinayət deyil” şüarları yazılıb.
Qeyd edək ki, Ruzbeh Piri həbs edildikdən 20 günder qeyri-müəyyən vəziyyətdə və barəsində heç bir xəbər verilmədən hələ də ETTELAAT Nazirliyinin təcridxanasında saxlanılır.
Ruzbeh Pirinin ailəsinin məhkəmə orqanlarının rəhbərlərinə dəfələrlə müraciət etməsinə baxmayaraq milli fəalın tutulmasının səbəbləri və övladlarına qarşı irəli sürülə biləcək ittihamlar haqda onlara bilgi verilmədiyini bildirib.
Qohumların və şahidlərin dediyinə görə, Ruzbeh Piri rejimin qüvvələri tərəfindən ağır şəkildə döyülərək tutulub və avtomobilə mindirilərkən başı və üzü qan içində olub. Fəalın ailəsi övladlarının qanunsuz döyülməsinə də etiraz kimi iddia ərizəsi ilə aidiyyəti orqanlara müraciət ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi