Şənbə , Sentyabr 26 2026
azfa

Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Koral” REM kompleksi Suriya ərazisində Rusiyaya məxsus çox məqsədli hərbi kəşfiyyat üçün istifadə edilən Orlan-10 pilotsuz təyyarəsini zərərsizləşdirərək, yerə endirib.

Bu barədə İspaniyanın Avia.es portalında məlumat yayılıb. Bildirilir ki, hadisə Mareə şəhəri yaxınlığında baş verib. Orlan-10 pilotsuz təyyarəsi müxalif qüvvələrin mövqeyində kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirərkən, türklər tərəfindən hədəfə alınıb.

Yayılan fotolarda pilotsuz uçuş aparatında güllə izlərinin olmaması diqqət çəkib. Məlumata görə, fotoları müxalif qüvvələr yayıb. Bu isə pilotsuz aparatın elektron sistemlərlə zərərsizləşdirdiyini deməyə əsas verir. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …