Cümə axşamı , Sentyabr 24 2026
azfa

İsrail İranın nüvə obyektlərinə hücum hazırlığına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə mümkün hücum hazırlığına qayıdıb.

Bu məlumatı İsrailin “12-ci kanal”ı yayıb.

İsrail Baş Qərargah rəisi Aviv Koxavinin son günlər bir neçə müzakirə apararaq kəşfiyyat məlumatlarının toplanmasına diqqətin yönəldilməsi, aktual operativ planlar tərtib edilməsi və bu plan əsasında təlimin keçirilməsinə başlanması barədə tapşırıq verdiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusu bu cür təlim və hazırlıqla iki ildən çox idi məşğul olmurdu.

Həmçinin yoxlayın

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Müharibə zamanı Çin İrana 1 300 dron və raket komponentləri partiyası göndərib

GADTB: “Wall Street Journal” qəzetinin məlumatına görə, Çin 2026-cı ilin ilk altı ayında İran Müdafiə …