Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Eni 5 km olacaq Zəngəzur dəhlizinin açılacağına erməni ekspert etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni siyasi analitik Armen Baqdasaryan bildirib ki, ermənilər 30 il iqtisadi və nəqliyyat blokadasında olduqlarından şikayət edirdilər, indi onlar bu blokadaların aradan qaldırılmasından şikayətlənirlər.

 “Bu vəziyyətdən çıxmaq üçün resurslarımız yoxdur. İndi düşünə biləcəyimiz yeganə şey bu dalandan az itkilərlə çıxmaq olmalıdır. Ermənistan hakimiyyətinin azərbaycanlılara Zəngəzurda 5 kilometr enində dəhlizə artıq razılıq verdiyini dair təsdiqlənmiş məlumatlar gəlməkdədir.

İranın mövqeyinə gəlincə, Tehran Azərbaycandan çəkinir, çünki hesab edir ki, Qərb bu ölkənin ərazisindən onunla mübarizə aparmaq üçün istifadə edə bilər. İran həm də Ermənistandan qorxur, amma gücünə-qüdrətinə görə deyil, ona görə ki, İrəvanla uzunmüddətli razılaşmaya nail olmaq mümkün deyil, ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir”, – deyə erməni ekspert qeyd edib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …