Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani MRT üçün xəstəxanaya aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki zindanının 7-ci bölməsində 15 illik həbs cəzasını çəkən azərbaycanlı siyasi məhbus Abbas Lisani MRT üçün oktyabrın 21-də Klinik Terapiya Mərkəzinə aparılıb.

Azərbaycanlı siyasi məhbus klinikaya aparılarkən polis və rejimin təhlükəsizlik məmurlarından ibarət 3 avtomobil onu müşayiət edib.

Kəskin bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin “Fatimi” xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Koronavirus pandemiyası ilə basğlı məhbusların məzuniyyətə buraxılmasına qərar verilsə də lakin Abbas Lisaniyə məzuniyyət verilmir.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …