Bazar , Sentyabr 27 2026
azfa

Ermənilər saxta xəritə ilə Azərbaycanla sərhədi müəyyənləşdirməyə çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan sərhədlərin müəyyənləşdirilməsi işlərini özlərinə sərf edən xəritə ilə aparmağı planlaşdırır.

Ermənistan KİV-i xəbər verir ki, Milli Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Qalçyan Azərbaycanla Ermənistan arasında demarkasiya işlərinin guya 1926-cı ildə hazırlanmış saxta xəritə əsasında aparmağı təklif edib.

“Ermənistan üçün minimal ərazi itkiləri yalnız 1926-cı ilin xəritəsinə görə mümkündür. Ermənistan SSR-nin 1926-cı ildə hazırladığı xəritə maraqlarımıza tam cavab verir”-deyə kartoqraf söyləyib.

Xatırladaq ki, Qalçyanın təklif etdiyi xəritə Azərbaycan və Rusiya arxivlərində mövcud deyil və saxta hesab edilir.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …