Bazar , Noyabr 29 2026
azfa

Türkiyə Kosmik Agentliyi Beynəlxalq Astronavtlar Federasiyasının üzvü olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Kosmik Agentliyinin (TUA) Beynəlxalq Astronavtlar Federasiyasına (IAF) rəsmi üzvlüyü qeydə alınıb.

Türkiyə Kosmik Agentliyinin (TUA) “Twitter” hesabında IAF üzvlüyü ilə bağlı açıqlama verilib.

Açıqlamada TUA-nın 71 ölkədən 407-dən çox üzvü olan ən böyük kosmik quruluşa rəsmi üzvlüyünün IAF Baş Assambleyasında qeydə alındığı bildirilib.

“Kosmos sahəsində aparılan beynəlxalq araşdırmalarda söz sahibi olan bir Türkiyə üçün bütün gücümüzlə çalışmaqda davam edəcəyik” ifadəsi yer alıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …