Bazar ertəsi , Sentyabr 28 2026
azfa

FBI İran hakerlərinin oğurlu hücumu ilə bağlı Amerika şirkətlərinə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Federal Polisi – FBI Amerika şirkətlərini iranlı hakerlərlə bağlı diqqətli olmağa çağırıb.

FBI-ın xəbərdarlığında iranlı hakerlərin amerikan şirkətlərinin həssas və gizli məlumatlarını ələ keçirmək istədiyi qeyd olunur.

“CNN” ajansının əldə etdiyi məlumatda deyilir ki, Amerika Federal Polisi iranlı hakerlərin “Veb Tarik” və “Dark Veb” saytlarındakı fəaliyyətini izləyiblər. Xatırladaq ki, “Veb Tarik” hər kəsin istifadə edə bilməyəcəyi və əsasən, qanunsuz işlərin həyata keçirildiyi internet sahəsidir.

Əldə olunan məlumata əsasən, iranlı hakerlər amerikan şirkətlərindən sızdırılmış şəbəkə məlumatlarını yaxud e-mail ilə bağlı məlumatları, çox güman ki, həmin şirkətlərin internet şəbəkəsinə sızmaq üçün almağa çalışır./Azadİran

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …