İran rejimi azərbaycanlı fəal Şahin Bərzgəri həbs və cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi milli-mədəni fəal Şahin Bərzgəri həbs və cərimə cəzasına məhkum edib.

Azərbaycanlı fəal Şahin Bərzgər “Sosial şəbəkələrdə kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittihamı ilə 4 milyon tümən cərimə və 50 gün həbs cəzasına mühakimə edilib.

Qərar hakim Rza Füruğinin sədrliyi ilə keçirilən rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində çıxarılıb.

Həmçinin azərbaycanlı fəal barəsində çıxarılan 50 günlük həbs cəzası 2 il müddətinə təxirə salınmışdır.   

Qeyd edək ki, azərbaycanlı milli fəal Təbrizdə iyulun 24-də əl-Əhvaz etirazların dəstək məqsədilə keçirilən etirazlarla bağlı yaxalanmışdı. Həmçinin azərbaycanlı fəal 2019-cu ilin noyabr ayında İranda yanacaq qiymətlərinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda digər milli fəallarla birlikdə Təbrizdə yaxalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …