Cümə axşamı , Sentyabr 24 2026
azfa

İsrail baş naziri İrana güzəştlə bağlı Robert Mali ilə görüşdən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali İsrail dövlət rəsmiləri ilə görüşmək üçün İsrailə getməsinə baxmayaraq, İsrail mediası baş nazir Naftali Bennetin onunla görüşməyəcəyinə dair məlumat yayıb.

İsrail baş nazirinə yaxın şəxslərdən biri nazirin Mali ilə görüşdən imtina etməsi ilə bağlı “Haaretz” qəzetinə deyib: “Naftali Bennet Robert Maliyə sanksiya qoymayıb, lakin o, İranla müzakirə masasına qayıtmağın doğru addım olmadına inanır və Robart Mali də Bayden dövlətində bu yanaşmanı təbliğ edir”.

İsrail rəsmilərinin daha birinin sözlərinə görə, Mali yüksək rütbəli rəsmi hesab edilmədiyindən İsrail baş naziri və prezidenti ilə görüşə bilməz.

 Belə olan halda Robert Mali İsrail Baş nazirinin dəftərxanasının rəsmiləri, müdafiə naziri Beni Qants və xarici işlər naziri Yair Lapid ilə görüşəcək.

Robert Mali hazırda Yaxın Şərqdədir və İranla Vyana atom danışıqlarının yeni mərhələsinin başlamasından öncə İsrail, Birləşmiş Ərəb Əmirlikləri (İmarat), Səudiyyə Ərəbistanı və Bəhreynə səfər etməyi planlaşdırır.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …