Cümə , Sentyabr 25 2026
azfa

İran rejiminin Tehranda qeyri-fars adlara qoyduğu yasaq etirazla qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Tehranda qeyri-farslara qarşı qoyduğu qadağa etirazla qarşılandığı üçün rejim məsələni təkzib edib.

Tehran polisinin rəsmisi paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd, lor və s. qeyri-fars dillərdən istifadə etməyin yasaq olduğuna dair bəyanatından sonra o bu məsələni təkzib edib.

Qeyd edək ki, İran rejiminin Tehrandakı polisinin ümumi məkanlara nəzarət bölməsinin komandiri polkovnik Nadir Muradi bildirmişdi ki, Tehranda ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır: “İş yerləri və ticarət obyektlərində istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İrşad və Mədəniyyət Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır”.

O həmçinin demişdi: “Paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd lor və s. dillərdən istifadə etmək yasaq və qanuna ziddir. Polisə göndərilən təlimata görə, iş yerləri məhəlli dillərə mənsub adlardan sadəcə o dillə əlaqədar olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər.”

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …