Şənbə , Sentyabr 26 2026
azfa

İranın polis qüvvələri türk turist fotoqraf həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata əlumata görə, Türkiyə vətəndaşı olan fotoqraf 4 gün öncə İranda həbs edilib.

Bura Öməroğlu adlı Türkiyə vətəndaşı 2021-ci ilin mart ayından bəri İranda səfəri zamanı müxtəlif yerlərdə çəkdiyi şəkilləri öz “İnstagram” hesabında paylaşıb.

Onun İsfahandan Şiraza gedərkən həbs edildiyi bildirilir.

Hazırda onun hara aparılması haqda məlumat yoxdur.

Türkiyəli turist qısa telefon danışığında dostlarına Şiraz şəhərində tutulduğu barədə məlumat verib. Ancaq onun hansı səbəblə həbs edilməsi və harada saxlanılması ilə bağlı heç bir bilgi yoxdur.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …