Çərşənbə , Sentyabr 23 2026
azfa

İrandan antitürk addım; İran parlamentariləri İrəvanda qondarma soyqırım abidəsini ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 21-də Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevork Papoyan, qrupun üzvləri Narek Babayan və Şirak Torosyanın müşayiəti ilə İran Məclisinin parlament dostluq qrupunun üzvləri İrəvanda “Tsitsernakaberd” memorial kompleksini ziyarət edib.

Nümayəndə heyətinin üzvləri qondarma Əbədi məşəl önünə gül dəstələri düzüb, qondarma erməni “soyqırımı qurbanları”nın xatirəsini sükutla yad ediblər.

İİR Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Mahmud Əhmədi Biqaş qeyd edib ki, bu, onun Ermənistana ilk səfəridir:

“Əlbəttə, mən keçən əsrin soyqırımından xəbərdar idim, lakin bu səfər məlumatlarım daha da artdı. İnsanlığın nəinki özünü bu cür aparması, hətta daha da pisi, etdiklərini tanımaması, o qədər vəhşi ola bilməsi məni xüsusilə kədərləndirdi”, – deyə deputat vurğulayıb.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …