Şənbə , Sentyabr 26 2026
azfa

Güney Azərbaycanın Həmədan bölgəsində “Aşıqlar Bayramı” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan bölgəsində “Aşıqlar Bayramı” Musiqi Festivalı keçiriləcək.

Həmədan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin rəisi Əhmədrza Ehsani Həmədanın Kövrəng (Kəbudərahəng) şəhərində keçiriləcək “Aşıqlar Bayramı” Musiqi Festivalına qatılmaq üçün 16 əsərin seçildiyini deyib.

Ehsani “Aşıqlar Bayramı”nın 3-4 fevral tarixlərində keçiriləcəyini söyləyib.

O deyib: “Festival muğam və Aşıq musiqisinin qorunub saxlanılması, əyalətin bu sahədəki mövcud potensialının ortaya çıxarılması və Həmədan sənətçilərinin tanıdılması məqsədilə Kövrəng (Kəbudərahəng)  şəhərində keçiriləcək”.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …