Cümə , Sentyabr 25 2026
azfa

İsrail qüvvələri İrana qarşı ağır hücumları məşq edir edib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri İrana mümkün hücumlarla bağlı ağır və çətin hücumları imitasiya edib.

Telegram kanalı xəbər verir ki, təlim əsasən havada yanacaq doldurma, uzaq mənzilli hücumlar və zenit-raketlərinə qarşı reaksiya da daxil olmaqla müxtəlif ssenariləri əhatə edib.

“The Times of Israel” nəşrinin məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələri bu yaxınlarda İranın nüvə təsisatlarına qarşı ağır hava hücumlarını imitasiya edib.

Məlumata görə, təxminən iki həftə öncə reallaşan təlimlərdə 12 qırıcı təyyarə iştirak edib.

Bəzi ərəb mediasında yayılan məlumatlara görə, yanvarın 21-də İsrailin “F-15″, F-16” və “F-35” qırıcıları da hərbi təlimlərə qatılıbıar. Bu təlimlərdə də əsasən havada yanacaq doldurma məşq edilib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …