Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi azərbaycanlı  sənətçi Abbas Nikrəvanı həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Salmas şəhərində yaşayan tanınmış azərbaycanlı sənətçi Abbas Nikrəvanı həbs cəzasına məhkum edib.

İran rejiminin Salmas şəhərindəki Cinayət Məhkəməsinin 102 saylı şöbəsi azərbaycanlı sənətçini şərləyərək, onun barəsində “Kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzasının verilməsinə qərar verib.

Məhkəmə qərarında yazılıb: “Təhlükəsizlik idarəsinin tədqiqatçılarının araşdırmaları nəticəsində müttəhimin kiber məkanda sistemə qarşı təbliğat aparması dəlillərlə sübuta yetirilib”.

Qeyd edək ki, Abbas Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün rejimin Urmiyadakı ETTELAAT İdarəsinin təcridxanasına köçürülmüşdü.

Əslində Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan azərbaycanlı fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra rejimin Urmiyadakı zindanına köçürülüb və sentyabrın 22-də 600 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Azərbaycanlı sənətçi həmçinin 2014 və 2018 illərdə də müvafiq olaraq bir toy mərasimində və Babək Qalası Qurultayı ərəfəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …