Cümə axşamı , Aprel 30 2026
azfa

Təbrizdə azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə bir qrup azərbaycanlı milli-mədəni fəal fevralın 3-də azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə aksiyası keçirib.

Azərbaycanlı fəallar bu məqsədlə Təbriz şəhərinin müxtəlif məhəllələrində divarlara, keçidlərə və ictimai yerlərə Abbas Lisaninin şəkli, eləcə də üzərində “Abbas Lisanini azad edin” və “Biz hamımız Lisaniyik” şüarları yazılan posterlər yapışdırıblar.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlamlığında yaranan problemlər azərbaycanlı fəalların və beynəlxalq insan haqları müdafiə təşkilatlarının narahatlığına səbəb olub.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşıb .

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …