Amerika: İran cəmi bir neçə həftəyə atom silahı üçün yanacaq istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerika Xarici İşlər Nazirliyi Bayden hökumətinin İranın nüvə silahı ilə bağlı hər bir ssenariyə hazır olduğunu deyib.

Dövlət Departamenti İranla Vyanada baş tutan nüvə anlaşmasına dair danışıqların son mərhələsinin bitməsindən sonra İranın atom bombası əldə etməsi üçün kifayət qədər silah gücünə malik zənginləşdirilmiş uranyum istehsalına cəmi bir neçə həftə qaldığını bildirib.

“Washington Free Beacon” saytı fevralında 2-də yaydığı məlumatında qeyd edib ki, Amerika Xarici İşlər Nazirliyinin sözçülərindən biri İranla danışıqların hər hansı bir anlaşma əldə edilsin ya edilməsin, bir neçə həftə sonra sonlanacağını söyləyib.

O, habelə Bayden hökumətinin İranın öz nüvə proqramını inkişaf etdirməsinə görə atom anlaşmasının bərpa edilməsinin artıq Amerika və dünya üçün heç bir faydası olmayacağı qənaətində olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …