Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Təqaüdə çıxmış azərbaycanlı müəllim Lətif Ruzixah Culfada rejimin zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Culfa şəhərindən olan təqaüdə çıxmış azərbaycanlı müəllim Lətif Ruzixah 7 aylıq həbs cəzasını çəkmək üçün İranın Culfa şəhərindəki zindanına köçürülüb.

Qeyd edək ki, İranın Culfadakı İnqilab Məhkəməsi 2021-ci ilin noyabr ayında Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü, təqaüddə olan azərbaycanlı müəllim Ruzixahla bağlı  “Sistemə qarşı təbliğat” ittihamı ilə 7 ay həbs cəzasının verilməsi barədə qərar çıxarıb.

Lətif  Ruzixah bundan öncə də müxtəlif bəhanələrlə İran rejiminin təzyiqlərinə məruz qalıb.

İran rejiminin məhkəmə və təhlükəsizlik qurumları azərbaycanlı müəllimə qarşı “İctimai asayişi pozmaq” və “İctimai rəyi təhrik etmək” ittihamları irəli sürülərək, onun fəaliyyətlərinin qarşısını almağa çalışıblar. 

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …