İran rəsmiləri Suriyada törətdikləri müharibə cinayətlərinə görə mühakimə oluna bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və Suriyanın hərbi rəhbərliyinin Suriyadakı vətəndaş müharibəsində törətdikləri hərbi cinayət halları ilə bağlı sənədlər Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib.

Həmin sənədlərdə Suriya hökumət qüvvələrinin və İranın dəstəklədiyi silahlı terrorçu qruplaşmalarının hücumları və hədə-qorxularından sonra Suriya vətəndaşlarının İordaniyaya qaçmağa məcbur edilməsinə dair sübutlar var.

Sözügedən sənədləri Amerikada yerləşən İran İnsan Haqları Sənədləşdirmə Mərkəzi britaniyalı vəkillə birgə  Beynəlxalq Cinayətlər Məhkəməsinə təqdim edib.

Hesabata görə, qurbanlar arasında 2011-2018-ci illər arasında peşəkar fəaliyyətlərinə, eləcə də Bəşər Əsəd rejiminə müxalif olduqlarına görə Suriya hökumət qüvvələri tərəfindən hədəfə alınmış, təhdid və qorxuya məruz qalmış bir neçə jurnalist də var.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …