Cümə , Sentyabr 25 2026
azfa

Çin İrana 5 min hərbçi yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin 25 illik müqavilə çərçivəsində İrana 5 min nəfərdən ibarət hərbi kontingent göndərir.  Bu barədə Tehran Ticarət Palatası məlumat yayıb.

Onların İrana gələcək çinli işçiləri qoruyacağı iddia edilir.

Bundan başqa, qanuni imzalama mərasimləri təşkil edilmədən İranla Çin arasında neft və qaz sahələrində müqavilələrin imzalanacağı da yayılan məlumatlar arasındadır.

Qeyd edək ki, bir müddət əvvəl İranın neft naziri Cavad Ouci yerli və xarici şirkətlərlə 4.5 neft və qaz yataqlarının işlənməsinə dair 4.5 milyard dollar dəyərində müqavilələr imzalayacağını demişdi. Lakin o, xarici şirkətlərin hansı ölkəyə məxsus olması və digər detalları açıqlamamışdı.

Eləcə də İranın Çinə Bəndər Abbas liman şəhərində konsulluq açmaq üçün lisenziya verməsi ilə əlaqəli də söz- söhbətlər yayılıb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …