Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycan və İran şəhərində müəllimlər yenidən etiraz aksiyası keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarından Güney Azərbaycan və İran şəhərində müəllimlər yenidən Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısında etiraz aksiyasına başlayıblar.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra başlayan aksiyada müəllimlər bundan öncə irəli sürdüklıəri tələblərinin yerinə yetirilmədiyinə etirazlarını bildiriblər.

Bundan öncə keçirilən mitinq və tətil aksiyalarında müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, sığorta xidmətlərindən istifadə şərtlərinin sadələşdirilməsi və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər.

Qeyd edək ki, son üç ayda bu müəllimlər və təqaüdçülərin altıncı etiraz aksiyasıdır. Həmin etirazlarda onlarla müəllim həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …