Çərşənbə , Sentyabr 23 2026
azfa

Urmiya gölünü qurudan İran rejimi Muğanda da ekoloji fəlakətə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünü qurudub və Azərbaycan mədənlərini talamaqla ekloloji fəlakətə səbəb olandan sonra, indi də Güney Azərbaycanın Muğan düzündə ekoloji fəlakətə səbəb olmaqdadır.

Bu barədə İranın Ekoloji Risk və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər xəbərdarlıq edib.

Məhbubfə deyib: “Muğan düzündə quraqlığın baş verməsi, Araz çayının suyunun quruması, bunun nəticəsində bölgədə məhsuldarlığın azalması, qida təminatının risklə üzləşməsi Ərdəbil əyalətindən başqa bölgələrə köçün çoxalmasına və ekoloji problemlə yanaşı demoqrafik problemində ortaya çıxmasına səbəb olub”.

O, Muğanın, özəlliklə Araz qırağının bölgənin turizm cəzbi üçün ən əlverişli yerlərdən biri olduğu halda quraqlıq və su qaynaqlarının yanlış idarə edilməsi səbəbindən məntəqənin çöllüyə çevrildiyini deyib.

Qeyd edək ki, İran rejimi Araz çayının suyunu qeyri-səmərəli istifadə etdiyi üçün əlverşli torpağa malik olan Muğan düzündə ekoloji fəlakətə səbəb olmaqdadır.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …