Cümə axşamı , May 9 2024
azfa

Ukrayna ordusu bəzi ərzilərdən Rusiya qoşunlarını geri oturtdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən təmizləyib.

Buçanın administrasiyası qarşısında yenidən Ukrayna bayrağı sancılıb.

Bu gün səhər Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Aleksey Danilov deyib.

“Rusiya ilə müharibənin 7-ci günü 5-ci Sərhəd Dəstəsinin sərhədçiləri ordu qüvvələri ilə birlikdə Sumda Ukrayna dövlət sərhədinə çatıblar”, – Danilov bildirib.

Bu arada isə Zelenski Ukrayanaya ilk gələn xarici könüllüləri qarşılayıb. Onların sayı 16 000 nəfərdir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib: “Dəfələrlə bizi məhv etmək istədilər. Amma bacarmadılar. Biz çox şey yaşadıq. Əgər kimsə düşünür ki, bütün bunlardan sonra ukraynalılar qorxacaq, bizə qalib gələcəklər, onlar ukraynalılar haqqında heç nə bilmir. Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Lakin Qara dənizin ancaq dibini görəcəklər”, – dövlət başçısı bildirib. Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib:

“Rusiyanın taktikasını dəyişdirmişik. Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir”. Zelenski sonda üzünü Rus ordusuna tutub: “Evinizə dönün. Rusdilli insanları qoruyun. Dünyanın dörd bir yanında yox, öz ölkənizdə”.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …