Türkiyə ordusundan Afrində daha bir neçə bölgəni terrorçulrdan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə ordusu və ASO Afrin istiqamətində Şeyx Bilal, Kiçik Meydan, Kurdanə kəndləri ilə yanaşı, 801 saylı yüksəkliyi də terrorçulardan təmizləyib.

Bundan öncə isə TSQ və ASO Afrində Yuxarı Meski, Aşağı Meski kəndləri ilə yanaşı, 524 və 544 saylı strateji əhəmiyyətli yüksəklikləri azad etmişdi.

Məlumata görə, azad edilən ərazilərlə birlikdə Türkiyə ordusu Afrində ümumilikdə 212 kənd, 44 strateji əhəmiyyətli mövqe olmaqla, 253 nöqtəni terrorçulardan tamamilə təmizləyib.

Bu arada isə Türkiyə qırıcıları Afrin əhalisinə havadan bildiriş atıb. Kürd və ərəb dillərində yazılmış bildirişlərdə mülki insanlara terrorçu mövqelərindən uzaq durmaları barədə xəbərdarlıq edilib.

“Dəyərli afrinli qardaşlarımız, PKK-YPG-PYD-İŞİD terrorçuları illərdir sizə və bizə maddi-mənəvi ziyan vurur, sizləri evlərinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum edir. Terrorçulara “dayan” deməyin vaxtı çatmışdır”, – bildirişdə yazılıb.

Bildirişdə həmçinin Afrindən ayrılmaq istəyənlərin təhlükəsizliyini TSQ-nın təmin edəcəyi də bildirilib.

Qeyd edək ki, bundan öncə Afrin radiosu ilə afrinlilərə müraciət edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …

Bir cavab yazın