Cümə axşamı , May 9 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində deyilir:

“Türk xanımı tarix boyu hər zaman çox böyük sayğı və ehtiramla anılmışdır. Türk xaqanları qadınlarını “O da mənim xanım və bəyim” deyə tanıdarmışlar. Bu da türk xanımının hər zaman yüksək ictimai mövqeyə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı da Türk Dünyası və Azərbaycan ərazisindən tapılan Son Tunc və Erkən Dəmir dövrünə aid yüzlərlə silahlı qadın qəbirləri türk qadınlarının tarixdəki rolunu göstərir. Türk cəmiyyətinin təxminən yarısını təşkil edən xanımlar tarix boyu igid oğullar tərbiyə etməklə yanaşı, həm də türk kişisi ilə çiyin-çiyinə türk cəmiyyətinin inkişafında fəal iştirak etmişdir. Bu gün Güney Azərbaycanın istiqlal mücadiləsində də xanımların çox böyük rolunun olması təsadüfi deyildir.

Türk xanımı bu gün Azərbaycan Türk Millətinin hüquqları və müstəqilliyi uğrunda mübarizə aparmaqla yanaşı İran adlanan yerdə məhdudlaşdırılmış ən adi hüquqlarını əldə etmək uğrunda da mübarizə aparmağa məcbur olmuşdur. Xanımlarımıza bu müqəddəs mücadiləmizdə uğurlar diləməklə, bütün türk qadınlarının, o cümlədən Azərbaycan xanımlarının və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

 Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …