Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ukrayna 2 min rus hərbçisini əsir götürdü; Suriya və Çeçenistanda döyüşən rus həbçisi öldürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 minədək hərbçisi əsir götürülüb.

Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Geraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır. .

“Əsirlərin dəqiq uçotu hələ ki, aparılmır. Amma deyə bilərəm ki, sayları 2 min nəfərə çatır”, – deyə o qeyd edib.

Həmçinin Ukraynanın Xarkov şəhəri yaxınlığında Rusiya ordusunun Çeçenistan və Suriyada döyüşüb və çoxsaylı hərbi cinayətdə iştirakı olan general-mayoru öldürülüb.

“Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, – məlumatda deyilir.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. “Krımın qaytarılmasına görə” medalını alıb.

Qeyd edək ki, martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …