Cümə axşamı , Aprel 30 2026
azfa

Ərdəbilin mərkəzi küçəsində baner: “Türk dili rəsmi olsun”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar üzərində “Türk dili rəsmi olsun” şüarı yazılmış banner asıblar.

Həmin bannerin asılması həmçinin İran televiziyasında Azərbaycan rəqsinə qarşı senzura tətbiq edilməsinə etiraz kimi dəyərləndirilir.

Belə ki, bir qrup azərbaycanlı milli-mədəni fəal martın 20-də Ərdəbil şəhərində İran televiziyasında Azərbaycan rəqsi və dilinə qarşı tətbiq edilən senzuraya etiraz olaraq türk dilinin rəsmi dil olması tələbilə həmin baneri şəhərin küçələrindən asıblar. Azərbaycanlı fəalların Ərdəbilin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən asdığı banerdə “Türk dili rəsmi olsun” şüarı yazılıb.

Qeyd edək ki, martin 20-də İran televiziyasının 3-cu kanalı “Azərbaycan rəqsinin yeni dövrü” adlı Novruz proqramında Azərbaycan rəqsi və müsiqisinə ayrıseçkilik nümayiş etdirərək, senzura tətbiq edib. Həmin televiziya telekanalın bu qərəzli addımı azərbaycanlı müğənni Ayhan və “Alyan” rəqs ansamblının kəskin etirazlarına səbəb olub.

Həmçinin yoxlayın

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …

ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir

GADTB: “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin …