Süngün mədənindən hər il 24 trilyon tümən dəyərində mis konsentratının qarət edilməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı İran rejiminin müstəmləkə siyasəti o qədər kəskinləşib ki, artıq rejimin təyin etdiyi rəsmilər də etiraf etməyə məcbur olurlar.

Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Nasir Pərnian əyalətin sərvətlərinin Kermana danışnması ilə bağlı deyib ki, hər il 24 trilyon  tümən dəyərində mis konsentratı Azərbaycandan kənara daşınır.

Nasir Pərnian bununla bağlı deyib: “Şərqi Azərbaycan özünün çox yüksək mineral ehtiyatları və 52 növ faydalı qazıntıları ilə zəngin metal və strateji faydalı qazıntı ehtiyatlarına malikdir. Biz Sənaye, Mədən və Ticarət Nazirliyinin mədən və mineral sənayenin inkişafı üçün mərkəzi planlarına əsasən əvvəlkindən daha çox çalışmalıyıq”.

Pərnian Süngün Mis Mədəninin banklarda olan aktivlərinin əyalətə köçürülməsinin vacibliyinə toxunaraq, Azərbaycan Mis Şirkətinin yaranmasını azərbaycanlıların əsas istəklərindən biri olduğunu deyib.

Qeyd edək ki, İran rejiminin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti, xüsusilə Azərbaycanın sərvətlərinin talanması azərbaycanlı millət vəkilləri və s. rəsmilər tərəfindən də etiraf edilmişdir. Etirazlara baxmayaraq, İran rejimi bu qarətə son qoymaq niyyətində deyil.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …