Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran rejiminə bağlı sosial media Azərbaycana qarşı təxribatlara davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, İranın “Azərbaycan Araşdırmaları” adlı Telegram kanalı “Bakı “Dünya Azərbaycanlıları”nın fitnəçilik toplantısına hazırlıq görüb” başlıqlı təhqir dolu yazı dərc edib.

Sözügedən Telegram kanalının paylaşdığı postda deyilir: “Bakı mediası” aprelin 21-dən 25-dək “Şuşi” şəhərində “Dünya Azərbaycanlılarının Beşinci Qurultayı”nın keçiriləcəyini və bu il tamam fərqli təqdimat olacağını yazıb!

Qeyd edək ki, sayca ikinci qurultay İlham Əliyev bir neçə anti-İran ünsürlərinin çıxışlarından sonra özünü dünyadakı 50 milyon azərbaycanlının prezidenti hesab etdiyini iddia edib! Bu sözlər o zaman İranın Bakıakı səfirliyinin rəsmi reaksiyasına və etiraz notası verməsinə də səbəb olmuşdu.

Amma bu kiçik rejimin başçılarının davranışı göstərir ki, İran xalqı və dövləti son illərdə bu ölkənin məzlum xalqına nə qədər dəstək verirsə, onların anti-İran davranışları bir o qədər də artıb!”

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …