Şənbə , May 18 2024
azfa

Ukrayna Rusiyanın 970 tankını vurub, 22800 hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 64-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 22 800-ə yaxın hərbçi, 970 ədəd tank, 2389 ədəd zirehli döyüş maşını, 431 ədəd artilleriya sistemi, 151 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 72 hava hücumundan müdafiə sistemi, 187 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1688 ədəd avtomobil texnikası, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 215 ədəd PUA, 31 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.

Bu arada isə yaxın həftələrdə Rusiyanın sərhədyanı rayonlarının “demilitarizasiyası”nın intensivliyinin əhəmiyyətli dərəcədə artacağı söylənilir. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bu işğal artıq iki aydan çoxdur ki, davam edir və biz onun sonunu hələ görmürük: bir az sonra görəcəyik və bu son Ukraynanın maraqlarına uyğun olacaq. Münaqişənin bu intensivliyi, şübhəsiz ki, Rusiya Federasiyasının sərhədyanı ərazilərində də özünü göstərəcək. Orada çaxnaşma sürətlə artacaq. Münaqişələr olacaq. Orada anbarlar partlayacaq. “Demilitarizasiya”nın intensivliyi Rusiya Federasiyası, xüsusən də sərhədyanı ərazilərində, fikrimcə, yaxın həftələrdə yalnız əhəmiyyətli dərəcədə böyüyəcəkdir”, – Podolyak bildirib.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …