Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Rus ordusu Ukraynada qəqdim türk qızıllarını ələ keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müvəqqəti işğal olunmuş Melitopolda rus hərbçiləri şəhər Diyarşünaslıq Muzeyini ələ keçiriblər. Yerli xainlər skif qızılının saxlandığı yeri tapmaqda onlara kömək ediblər.

Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının Teleqram kanalında məlumat yayılıb.

“Rusiya hərbçilərinin Melitopol Diyarşünaslıq Muzeyini ələ keçirməsi barədə məlumatlar var. Xain əməkdaşlar ruslara ötən əsrin 50-ci illərində arxeoloqlar tərəfindən aşkar edilmiş skif qızılının saxlandığı yeri göstəriblər”, – məlumatda deyilir.

Bildirilir ki, ruslar jurnalistləri dindirir və axtarış aparırlar:

“Sərhədsiz Reрortyorlar” təşkilatının məlumatına görə, Melitopol, Berdyansk, Enerqodar və Tokmakda Rusiya hərbçiləri media işçilərinin avadanlığını ələ keçirir və onlar üçün işləməkdən imtina edən hər kəsi girov götürür. Onlar Melitopolun müəssisələrinin əmlakını soyub aparmağa davam edirlər. Soyğunçuluq artmaqdadır”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …