Türkiyə Yunanıstanın təxribatı ilə bağlı NATO təlimindən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun “Tiger Meet 2022” təliminə qatılmaqdan imtina edib. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, təlimin icrası üçün hazırlanan sənəddə Türkiyəni hədəf alan məsələlərin yer aldığı müəyyən edilib.

Məsələ ilə bağlı hərəkətə keçən Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstandan beynəlxalq hüquqa zidd yazıları ehtiva edən sənədin dəyişdirilməsini tələb edib. Afina isə bu tələbləri rədd edib.

Bu səbəbdən də Türkiyə “Tiger Meet 2022” təlimində iştirak etməyəcəyini açıqlayıb.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …