Bazar , Oktyabr 18 2026
azfa

Siyasi və mədəni fəallar müəllimlərə təzyiqlərlə bağlı bəyanat yaydılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 30-da siyasi və mədəni fəallar İranda birgə bəyanatlar yayaraq, müəllimlərin həmkarlar ittifaqı fəallarına qarşı İranın ETTELAAT və məhkəmə orqanlarının təzyiqinin güclənməsini və İran rəhbərliyi tərəfindən vətəndaş hüquqlarının pozulmasını pisləyiblər.

Fəalların yaydığı bəyanatda ölkənin hazırkı idarəedilməsi tənqid edilərək hazırkı sistem “parlamentli idarəçilik”dən əvvəlki dövrə bənzədilib və İran rejminin xalqın tələbləri qarşısında “qanunsuz” və “insan hüquqlarına zidd” yanaşmasının “ağır nəticələri” barədə xəbərdarlıq edilib.

Bəyanatı imzalayan 148 fəal bu idarəçilik sisteminin cəmiyyətin müxtəlif təbəqələri arasında yoxsulluğun, iqtisadi qeyri-sabitliyin və sinfi qarşıdurmanın yayılmasına da təsir etdiyini və bu vəziyyətin davam etməsinin İranı geriyə dönüşü olmayan bir nöqtəyə gətirəcəyini vurğulayıblar.

Qeyd edək ki, son zamanlar müəllimlər və təhsil işçiləri əmək haqlarının olduqca aşağı olması və özlərinə qarşı ədalətsizliyə dəfələrlə etiraz ediblər. İran rejimi isə çox sayda fəal müəllimi həbs edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …