Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ukrayna Rusiyanın 28700 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 86-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 28 700 hərbçi, 1263 ədəd tank, 3090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarə, 168 ədəd helikopter, 2162 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 460 ədəd PUA, 43 ədəd xüsusi texnika, 103 qanadlı raket itirib.

Ukrayna ordusu Donetsk vilayətindəki yaşayış məntəqələrinin birini işğalçılardan azad edib. Bunu Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilyenko deyib.

Onun sözlərinə görə, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka və Toretsk yaşayış məntəqələri ruslar tərəfindən atəşə tutulub.

“Xüsusilə Baxmuta daha çox zərbələr endirilib. İşğalçılar şəhərin əsas yollarından birini kəsməyə cəhd ediblər. Lakin buna nail ola bilmədilər. Əvəzində Ukrayna ordusu onları yaşayış məntəqələrinin birindən vurub çıxardı. Həmin yaşayış məntəqəsindən düşmən hərəkət edirdi. Döyüşlər həddən artıq ağırdır”, – Kirilyenko bildirib.

Həmçinin yoxlayın

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …