Bazar ertəsi , İyul 13 2026
azfa

Amerika qanunsuz olaraq İran neftini daşıyan rus tankerini Yunanıstan sularında saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika hökuməti Yunanıstan sularında İranın qaçaq neftini daşıyan Rusiya gəmisinin saxlanması ilə bağlı xəbər yayıb.

Dəniz təhlükəsizliyi məsələlərini izləyən “Lloyds List” jurnalının məlumatına görə, Yunanıstan dövlət rəsmiləri aprelin 15-də Amerikanın istəyi ilə ölkənin Karistos limanına yaxınlaşan “Lana” adlı rus tankerini saxlayıb.

Əldə edilən məlumata görə, Vaşinqton saxlanılan həmin tankerdəki İran neftini müsadirə edərək Amerikaya aparmaq istəyib.

Xatırladaq ki, Vaşinqton daha əvvəl bildirmişdi ki, Amerika Xarici İşlər Nazirliyinin təsnifatlandırmasına görə “xarici terror qrupu” hesab edilən SEPAH-la əlaqəli bütün gəmiçilik fəaliyyətləri bu ölkəyə SEPAH-ın beynəlxalq sulardakı əmlakını ələ keçirməyə icazə verir.

Həmçinin yoxlayın

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Donald Tramp ABŞ-ın Hörmüz boğazına nəzarəti öz üzərinə götürəcəyini deyir

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 13-də bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazına “nəzarəti” öz …