Bazar ertəsi , May 6 2024
azfa

Atəşkəs zamanı İranla Azərbaycanı aldadıb Şuşanı işğal edən Ermənistan indi sülh sazişində də İranı köməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Ermənistan parlamentinin sədri Əmir Abdullahianla görüşdə ölkəsinin bölgədə sülhsevər istiqamətdə irəlilədiyini vurğulayaraq, Azərbaycanla ikitərəfli sülh sazişinin bağlanmasında İran İslam Respublikasını köməyə çağırıb.

“Farsnews” xəbər verir ki, İslam Şurası Məclisi sədrinin dəvəti ilə Tehrana səfər edən Ermənistan parlamentinin spikeri Alen Simonyan iyunun 16-da İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Görüşdə Ermənistanı İran İslam Respublikasının mühüm dostu və qonşusu adlandıran və iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrə toxunan Əmir Abdullahian iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və iki ölkənin müxtəlif imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb, İran İslam Respublikasının Ermənistanla ticarəti ildə 1 milyard dollara çatdırmağa hazır olduğunu dilə gətirib.

Enerji və nəqliyyatı iki ölkə arasında əməkdaşlığın iki mühüm istiqaməti kimi xarakterizə edən iranlı nazir Ermənistanı Fars körfəzi-Qara dəniz Beynəlxalq Dəhlizinin ayrılmaz hissəsi adlandırıb və İran şirkətlərinin Ermənistanın infrastruktur layihələrini, xüsusən də nəqliyyat sahəsindəki layihələrini tamamlamağa hazır olduqlarını açıqlayıb.

Əmir Abdullahian, həmçinin İranın bölgə ölkələrinin ərazi bütövlüyünü dəstəkləməklə bağlı prinsipial mövqeyini xatırladaraq, beynəlxalq sərhədlərin toxunulmazlığını və region ölkələrinin suverenliyinə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

 “Qafqazda sülh və sabitliyin bərqərar olması İran İslam Respublikasının prioritetlərindən biri olub və indi də belədir və bu istiqamətdə keçmişdə olduğu kimi, yardımımızı əsirgəməyəcək və Ermənistanla Azərbaycan arasında mübahisələrin həlli üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”,-deyə o əlavə edib.

Öz növbəsində, Ermənistanın rəsmisi də iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafını alqışlayaraq deyib ki, ölkəsi İran İslam Respublikası ilə əlaqələrin inkişafında heç bir məhdudiyyət  görmür.

O, eləcə də İran İslam Respublikasının Ermənistanın Sünik vilayətində baş konsulluğunun yaradılmasını iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə baş konsulluğunu açmağa hazır olduğunu qeyd edib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …