Cümə axşamı , May 7 2026
azfa

İranın “Keyhan” qəzeti Azərbaycanın daxili işlərinə qarşıaraq yazır: Azərbaycanda şiələrin vəziyyəti necədir?

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminə bağlı olan “Keyhan” qəzeti Azərbaycanın daxili işlərinə qarşıaraq soruşur: Azərbaycanda şiələrin vəziyyəti necədir?

Əslində isə şiələr dedikdə sözügedən qəzet adi insanları deyil, İranda təlim keçmiş terrorçuları nəzərdə tutur: Əgər belə olmasaydı, İran Qarabağ müharibəsində işğalçı Ermənistanın yox, işğala və soyqırımına məruz qalmış Azərbaycanın tərəfini tutardı: yenə də, “Keyhan” qəzeti bu qədər Allah bəndələrini düşünürsə, həmin qəzetdən soruşmaq lazımdır:

– İranda zülm altında olan xalqların vəziyəti necədir?!

– İranda haqları tapdalanmış müəllimlərin, işçilərin və təqaüdçülərin vəziyyəti necədir?!

– İranda səfillik içində yaşayan milyonlarla vətəndaş necə yaşayır?!

– Ölkədə siyasi və mədəni fəalları, mətbuat nümayəndələri hansı vəziyyətdədir?!

– İranda hüquqları pozulmuş qadınların vəziyyəti necədir?!

– və bu kimi bir çox cavabsız suallar…..

Hörmətli “Keyhan” qəzetinin  baş redaktoru, siz başqalarına yol göstərəcək ən axırıncı insansınız. Bir özünüzə baxın!

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …