Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını açıqlayıb.

CENTCOM-un yaydığı bəyanata görə, “MT Hosna” adlı tanker 16 ordibehişt səhəri beynəlxalq sularda İran limanlarından birinə doğru hərəkət edərkən aşkarlanıb. Bildirilir ki, ABŞ qüvvələri gəmiyə dəniz mühasirəsini pozduğu barədə bir neçə dəfə xəbərdarlıq edib.

Açıqlamada qeyd olunur ki, gəmi heyəti xəbərdarlıqlara məhəl qoymadıqdan sonra F/A-18 Hornet tipli ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarə “Abraham Linkoln” aviadaşıyıcısından havaya qalxaraq tankerin sükan hissəsini 20 millimetrlik mərmilərlə vurub.

CENTCOM bildirib ki, tanker artıq İran istiqamətində hərəkət etmir və İran limanlarına qarşı tətbiq olunan dəniz mühasirəsi qüvvədə qalır.

ABŞ ordusu bundan əvvəl də açıqlamışdı ki, həyata keçirilən dəniz blokadası çərçivəsində İrana gedən və ya İrandan çıxan 51 gəmi və üzən vasitənin marşrutu dəyişdirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …