Bazar ertəsi , May 13 2024
azfa

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: “Tehran-İrəvan razılaşmalarının tam icrası vacibdir”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Qafqaz regionu ölkələrinə səfəri çərçivəsində işğalçı İrəvana gedən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, admiral Əli Şamxani ötən axşam işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və ikitərəfli, bölgəsəl və beynəlxalq məsələləri müzakirə edib.

Görüşdə iki ölkə arasında inkişaf edən əlaqələrə toxunan Şamxani sabitlik və tərəqqiyə nail olmaq üçün bölgənin ən əsas ehtiyacları kimi gərginliyin azaldılması, regional təhlükəsizliyin qorunması və xarici qüvvələrin rolu və müdaxiləsi olmadan kollektiv əməkdaşlığın artırılmasını qeyd edib.

Ermənistanın uzun illər ərzində Qarabağ və ətraf bölgələrini işğalda saxlamasına və Azərbaycanın ərazi bütövlüyünü pozmasına göz yuman İran rəsmisi indi region ölkələri arasında yaranmış fikir ayrılıqlarının dialoq yolu ilə həlli və zorakılığa yol verilməməsi dərdinə düşüb. O, deyib: “Bölgədə hər hansı gərginlik regiondankənar ölkələrin mövcudluğu və roluna zəmin yaradacaq ki, bu da birmənalı olaraq faydalı olmayacaq”.

Həmçinin İrəvanda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani işğalçı Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə iki ölkəni maraqlandıran məsələləri müzakirə edib.

“İrib News”un xəbərinə görə, görüşdə İran rəsmisi Qafqaz regionunda davamlı sabitliyin zəruriliyini qeyd edib.

Admiral Şamxani iki ölkənin xalqları arasında dərin və çoxillik tarixi, mədəni və sivilizasiya bağlarına toxunaraq əlavə edib: “Bu şərait iki ölkə arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün əlverişli platforma yaradıb”.

Öz növbəsində, Armen Qriqoryan da iki ölkə arasında elektrik enerjisinin nəqli və Türkmənistandan Ermənistana qaz mübadiləsi layihələrini iki ölkə münasibətlərində mühüm məsələlərdən biri adlandırıb.

“İran İslam Respublikası Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafında və regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”,-deyə Ermənistanın Ali Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Həmçinin yoxlayın

ABŞ-da “Türk Günü Yürüşü” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da 41-ci “Türk Günü Yürüşü” keçiriləcək. Tədbir 17-18 …

Molla rejimi Məlikanda iki azərbaycanlı xanımı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində azərbaycanlı xanımlar Firəngiz …