Çərşənbə , May 6 2026
azfa

GADTB-nin Türkiyənin terrorçularla bağlı Putin və molla rejiminin cinayətkarları ilə görüşə məcbur olması barədə bildirişi

GADTB: Kimsəyə sirr deyil ki, İranın cinayətkar molla rejimi və Rusiya türk düşməni olduqları üçün funksiyası ermənilər kimi imperialist dövlətlərin əlində maşa və alətə çevrilmək olan kürdləri dəstəkləyib və Türkiyəyə qarşı terrorçuluğa sövq edirlər.

Maraqlıdır ki, bir-biri ilə düşmən olan Qərb və Rusiya, eləcə də cinayətkar molla rejimi hamısı birlikdə Türkə qarşı kürd terrorizmini kullanmaqda ortaq əməkdaşlıq nöqtəsi tapıblar. Bu bəs deyilmiş kimi, həmin cinayətə insanlıq qəssabı Əsədi də cəlb edirlər.

Türkiyə prezidenti Rəcəb Təyyüb Ərdoğan Suriyadan Türkiyəyə PKK terror təhdidi ilə mübarizədə Qərblə mübarizə apardığı bir dövrdə həm də Şərqin Putin və Xamenei kimi cinayətkarları ilə müzakirə üçün Tehrana səfər etməyə məcur olması dünyanın necə acınacaqlı, təəssüf doğurucu və rəzil vəziyyətdə olduğunu açıq şəkildə göstərməkdədir.

Üstəlik Xameneinin utanmadan Türkiyənin Suriyanın quzeyindən PKK terror təhdidini dəf etmə cəhdinə qarşı sayıqlaması, bu terror hamisi rejimin nə dərəcədə həyasız olduğunu da açıq nümayiş etdirdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkiyə dəvləti və Türkiyə prezidenti cənab Rəcəb Təyyüb Ərdoğana səslənərək, türk düşmanı olan Rusiya və irticaçı molla rejiminin artıq ağır durumda olduğu və onların da dəstəklədiyi terror təhdidini dəf etmək üçün türkün müqəddəs şəninə Putin, Xamenei və Rəisi kimi qəssab və cinayətkarlarla görüş məcburiyyəti ilə kölgə düşürməyə bundan sonra daha ehtiyacın olmadığını düşünür. Türkün gücü özünə və Türk Dünyasına arxalanmaqla basılmaz və yenilməz olur. Türkün birliyi olarsa, Qərbi də, Rusiya və irticaçı molla rejimini və onların əlaltısına çevrilən terror çətələrini də yenəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

ABŞ İraqda İranla əlaqəli silahlı qrupların təsirinin azaldılmasını tələb edir

GADTB: ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Vaşinqtonun İraqın gələcək baş nazirindən İranla əlaqəli silahlı …

Tarixi Azərbaycan ərazisi olan Şəhriyarda ticarət mərkəzində dəhşətli yanğında ölənlərin sayı artmaqdadır

GADTB: Tarixi Güney Azərbaycan ərazisi olan Kərəc yaxınlığında yerləşən Ərğəvan ticarət mərkəzində baş verən böyük …