Çərşənbə axşamı , May 7 2024
azfa

Əkbər Əbülzadə aclıq aksiyasını dayandırdı, İbrahim Asimani isə aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Əhərdəki zindanından Təbriz zindanına köçürülən rejimin həbs etdiyi Əkbər Əbülzadə iyulun 17-dən başlatdığı aclıq aksiyasını səkkizinci gündə dayandırıb.

Azərbaycanlı fəalın həyat yoldaşı Sara Xudakərəmi bildirib ki, Təbriz zindanının rəisi və Şərqi Azərbaycan zindanlarının baş inspektoru Əbulzadə ilə görüşərək məzuniyyətə göndərməyə söz verib. Ona görə fəal aclıq aksiyasının 8-ci günündə aclıq aksiyasını dayandırıb.

İyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etirazlarla bağlı yaxalandığına etiraz olaraq  Təbrizdə həbs edilən İbrahim Asimani (Azəroğlu) isə rejimin Təbrizdəki zindanında aclıq aksiyasına davam edir.

O, bundan öncə yaxınları vasitəsilə zindandan yaydığı səs qeydində faylında bazarında getdiyi zaman haqsız yerə saxlanıldığını, heç bir günahının olmadığını deyir. Azəroğlu artıq 3 gündür aclıq aksiyasındadır.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …