Ukrayna Rusiyanın daha 4 S-300 zenit-raket kompleksini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 163-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 650 hərbçi, 1 792 ədəd tank, 4032 ədəd zirehli döyüş maşını, 950 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 123 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 964 ədəd avtomobil texnikası, 742 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 83 xüsusi avadanlıq itirib.

Həmçinin Ukrayna hərbçiləri Xerson vilayətinin Pridneprovski, Xerson və Tokarovkada 3 sursat anbarını məhv ediblər. Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Ukrayna aviasiyası Xerson və Kaxovka vilayətlərində düşmənin silah və texnika anbarlarına zərbələr endirib. Raket və artilleriya bölmələri 4 ədəd S-300 zenit-raket kompleksini, 1 “İmbir” radiolokasiya stansiyasını, 82 kalibrli “Vasilek” avtomat minaatanını və doqquz texnikanı məhv edib”, – məlumatda deyilib.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …